Məşhəddə partlayış olub, ölənlər var

Məşhəddə partlayış olub, ölənlər var İranın Məşhəd şəhərində bu gün baş vermiş partlayışda 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Tehsil-press.az-ın İran bürosunun məlumatına görə, hadisə Məşhəd şəhərinin  Bəhmən küçəsində yerləşən yaşayış evində baş verib. Yaralananların bir neçəsinin vəziyyəti ağırdır. Partlayış nəticəsində ev tamamilə dağılıb. Bundan başqa, ətrafdakı 3 evdə də dağıntılar olub, 20 evin isə şüşələri sınıb. Partlayış nəticəsində evin kənarında park edilmiş 3 avtomobilə ziyan dəyib. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

tehsil-press.az