Yaşayış evində partlayış olub, ölənlər və yaralananlar var
ABŞ-ın Kempton şəhərində (Kentukki ştatı) yaşayış evində partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Partlayışın səbəbi hələki məlum deyil.