Bayden də peyvənd olunacaq

Bayden də peyvənd olunacaq ABŞ-ın yeni Prezidenti Co Baydenə gələn həftə koronavirus peyvəndi tətbiq ediləcək.
Vitse-prezident Mayk Pens, onun həyat yoldaşı və ölkənin ən yüksək ictimai səhiyyə işçisi Cerom Adamsa da vaksin vurulacaq.
Qeyd edək ki, ABŞ-da “Pfizer” və “BioNTech” tərəfindən hazırlanan koronavirus peyvəndinin bu həftə səhiyyə işçilərinə, qocalar evinin sakinlərinə və orada çalışanlara tətbiq olunmasına başlanılıb.
Həftəsonuna qədər ölkədə 2.9 milyon doza vaksinin vurulması planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər