ABŞ-da koronavirusa qarşı ilk peyvənd vuruldu - Video

ABŞ-da koronavirusa qarşı ilk peyvənd vuruldu - Video ABŞ-da yeni növ koronavirusa qarşı kütləvi peyvəndlənmə prosesi başlayıb.
BioNTech- Pfizer peyvəndi təsdiq edildikdən sonra, Nyu-Yorkda reanimasiyada işləyən tibb bacısı Sandra Lindsay üzərində ilk test keçirilib.
Peyvənd olunarkən canlı yayıma Nyu-York valisi Endryu Kuomo da qatılıb.
ABŞ prezidenti Donald Tramp isə tvitter hesabında ilk peyvənd haqqında paylaşım edib.
“İlk peyvənd edildi. Təbriklər, ABŞ. Təbriklər, dünya”, - deyə Tramp bildirib.



Tehsil-press.az

Oxşar xəbərlər