Türkiyədə koronavirusa qarşı kütləvi peyvənd bu tarixdə başlanacaq

Türkiyədə koronavirusa qarşı kütləvi peyvənd bu tarixdə başlanacaq Türkiyədə əhalinin koronavirus əleyhinə kütləvi peyvənd olunmasına dekabrın 11-dən başlanılacaq.
Bu barədə keçirdiyi iclasdan sonra səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
Bildirilir ki, peyvəndlənmə 4 mərhələdə həyata keçiriləcək.
Birinci mərhələdə tibb işçiləri və yaşı 65-dən yuxarı olan vətəndaşlar, əlillər evində və sığınacaqlarda yaşayan yetkin şəxslərə;
ikinci mərhələdə yüksək risk qrupuna aid olan sektorlarda və kritik işlərdə çalışan, yaşı 50-dən yuxarı olan və azı bir xroniki xəstəliyi olan şəxslərə;
üçüncü mərhələdə 50 yaşdan aşağı və azı bir xroniki xəstəliyi olan vətəndaşlar, gənclər və ilk iki qrupda göstərilməyən sektorlarda çalışanlara;
dördüncü və son mərhələdə isə ilk üç qrupdan kənarda olan bütün şəxslərə peyvənd vurulacaq.

Tehsil-press.az

Oxşar xəbərlər