Putin peyvənd etdirəcək?

Putin peyvənd etdirəcək? “Prezident Vladimir Putin koronavirusa qarşı peyvənd etdirib-etdirməyəcəyinə özü qərar verəcək”.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əgər istəsə və istədiyi zaman o, özü bu barədə məlumat verəcək”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya dünyada ilk dəfə avqustun 11-də “Sputnik V” adlı koronavirus peyvəndi hazırlayıb. N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanan vaksinin kliniki sınağı iyun-iyul aylarında keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər