
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan mükəmməl etibarlı münasibətimiz var. Bu münasibətlərin qarşılıqlı fayda gətirən çox cəhətləri ola bilər”,- deyə Peskov qeyd edib.
Peskov Putinin Dağlıq Qarabağdakı müharibənin bitməsindəki şəxsi rolunun hər kəs tərəfindən xatırlanmalı olduğunu da vurğulayıb.
Xatırladaq ki, 9-10 noyabr 2020-ci il tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar.
Tehsil-press.az