Putinə nə olub?

Putinə nə olub? Rusiya prezidenti Vladimir Putin soyuqlayıb.
Bu barədə jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Cənab prezident soyuqlayıb, lakin bu, onun iş qrafikinə təsir etməyib”, - deyə Peskov söyləyib.
Qeyd edək ki, V. Putin fevralın 12-də gənc menecerlərin “Rusiyanın liderləri” Ümumrusiya müsabiqəsinin finalçıları ilə görüşüb.
Səsi batan Rusiya lideri yavaşdan danışdığına görə hər kəsdən üzr istəyib.

Tehsil-press.az

Oxşar xəbərlər