
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Burda şəxsi qavrayış ikinci dərəcəli əhəmiyyətə malikdir”, - deyə Peskov Putinin təhqirdən necə təsirləndiyi ilə bağlı suala cavab verərkən bildirib.
“Bu, əlbəttə ki, tamamilə görünməmiş təhqiramiz bir açıqlamadır”,- deyə o əlavə edib.
Kreml rəsmisi, həmçinin Putinin Baydenə debat təklif etdiyini, lakin bu təşəbbüsün cavabsız qaldığını xatırladıb.
Tehsil-press.az