Artıq pizza dronlarla çatdırılacaq...

Artıq pizza dronlarla çatdırılacaq... İsrailin məşhur “Pizza Hut” pizzaçı şirkətlər şəbəkəsi müştərilərə pizza çatdırmaq üçün pilotsuz uçaqların istifadəsini sınaqdan keçirməyə başlayıb.
İsrail mediasının yaydığı məlumatda ilk pizza çatdırılma dronlarının bu yay işə başlaya biləcəyi qeyd olunur..
Plana əsasən Nəqliyyat Nazirliyinin rəsmiləri dronların xüsusi sifarişləri çatdıracağı zonaları təsdiqləyəcək və oradan kuryerlər pizza ünvanlara çatdıracaqlar.
Belə bir sistemin pizza şəbəkələrinin olmadığı yaşayış məntəqələrində istifadəyə verilməsi planlaşdırılır. Pilotsuz uçan aparatların müştərilərə pizzanın çatdırılması xərclərini azaldacağı gözlənilir.
Bununla belə, şəbəkə nümayəndələri sifarişləri müştəriyə dronlarla birbaşa qapıda çatdırmaq üçün hələ hazır olmadıqlarını qeyd ediblər.
Qeyd edək ki, "Pizza Hut" yəhudi şirkəti Bakıda da fəliyyət göstərir...

Tehsil-press.az



Oxşar xəbərlər