Müşfiq Abbasovun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Müşfiq Abbasovun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA Xəbər verdiyimiz kimi, Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, vətəndaş Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər