İclasda universitetin rektoru Anar Eminov iştirak edərək Dayanıqlı İnkişaf Məqsədlərinin MDU-nun təhsil, elmi fəaliyyət və sosial layihələrində necə daha effektiv şəkildə tətbiq olunacağı barədə fikirlərini bölüşüb. Rektor SDG-lərin yalnız ekoloji və iqtisadi sahələrdə deyil, həm də sosial və mədəni inkişafda mühüm rol oynadığını vurğulayıb.
Eyni zamanda, universitetin bu istiqamətdəki fəaliyyətini daha da gücləndirmək üçün müxtəlif beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib.
İclasda tədris və tədqiqat fəaliyyətləri ilə bağlı konkret addımlar da müzakirə olunub. Tədbirin sonunda, universitetin SDG ilə bağlı gələcək fəaliyyətlər üçün konkret hədəflər müəyyən edilərək, birgə iş birliyinin gücləndirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.
Tehsil-press.az








