Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir.
Proses aprelin 21-dək https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə həyata keçirilir.
Müsabiqə elektron әrizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır.
Elektron qeydiyyat prosesinin qaydaları barədə ətraflı məlumat Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş videotəlimatda verilib.

Tehsil-press.az


Oxşar xəbərlər