İranın qeyri-səmimiliyi və Ermənistana açıq dəstəyi nədən qaynaqlanır?

İranın qeyri-səmimiliyi və Ermənistana açıq dəstəyi nədən qaynaqlanır? Milli maraqlara söykənən diplomatiya yürüdən Azərbaycan istər çoxtərəfli, istərsə də ikitərəfli münasibətlərdə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanıb.
Bu xüsusda aparıcı qonşu ölkələrlə münasibətlərin sivil məcrada inkişafına çalışan rəsmi Bakı mövcud münasibətlərdə hansısa tərəddüd və ziddiyyət yarada biləcək yanaşmalardan uzaq olub.
Respublikamız xüsusilə də yaxın qonşu və müsəlman dövləti hesab etdiyi İran İslam Respublikası ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişafına çalışıb, onun daxili işlərinə müdaxilə kimi dəyərləndiriləcək hər hansı addıma yol verməyib. Rəsmi Bakı ABŞ və bəzi Qərb ölkələrinin nüvə enerjisi əldə etmək istəyən İrana qarşı müəyyən sanksiya və embarqolarına qarşı çıxıb, siyasi gərginliyin danışıqlar yolu ilə aradan qaldırılması vacibliyini bəyan edib. Rəsmi Bakı mövcud anlaşılmazlıqların qarşıdurma müstəvisinə keçməsinə qarşı olduğunu, Azərbaycan ərazisindən və hava məkanından İrana qarşı hərbi platsdarm kimi istifadə cəhdlərinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən İranın Azərbaycanla tarixi kökləri olan qonşuluq və dostluq münasibətlərinin inkişafına xüsusi önəm verib. Bunun əyani təsdiqi kimi ötən 18 ildə ikitərəfli münasibətlər iqtisadi, siyasi və digər sahələrdə dinamik inkişaf edib.
Lakin təəssüflə vurğulamaq lazımdır ki, İranın Azərbaycana münasibətində zaman-zaman qonşuluq və dostluq münasibətlərinin xarakteri ilə uzlaşmayan qeyri-səmimi, destruktiv yanaşmalara da rast gəlinib. Xatırlatmaq lazımdır ki, Cənub qonşumuzun hələ 90-cı illərin sonu 2000-ci illərin əvvəlində Xəzərin statusu məsələsində qeyri-adekvat və beynəlxalq konvensiyalarına zidd mövqe tutması, Azərbaycan neft yataqlarını istismar etməsinə qarşı çıxması, hərbi təyyarələrlə hava sərhədlərimizi pozması ikitərəflli münasibətlərlə ciddi gərginliyə səbəb olmuşdu. Həmin vaxt Türkiyənin mənəvi-siyasi dəstəyi, qardaş ölkənin hərbi qırıcılarının Bakı üzərində dövrə vurmaları təhdid mövqeyi tutan İrana sərt mesaj oldu. Sonrakı mərhələdə isə Ümummilli lider Heydər Əliyev İran prezidenti Məhəmməd Xatəminin Bakıda Xəzər dənizini “Mazandaran gölü” adlandırmasına kəskin etirazını ifadə etmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər