
İmzalanmış sənəddə İslam ölkələrində elmin və təhsilin inkişafı, texnologiyaların son nailiyyətinin tətbiqi üzrə proqram və layihələrin həyata keçirilməsi nəzərdə tutulur. ICESCO-nun Baş direktoru virtual imzalama mərasimində bildirib ki, böyük maliyyə resurslarına malik olan İslam İnkişaf Bankı ilə sözügedən sahələrdə geniş əməkdaşlıq müsəlman aləmində elm və təhsil sahələrində əsl intibaha şərait yaradacaq. Bundan başqa, təşkilatın nümayəndələri üzv ölkələrin uyğun dövlət qurumları, elmi institutları və təhsil müəssisələri ilə konkret regional layihələrin hazırlanması istiqamətində birgə iş aparacaqlar. Xüsusilə Afrika və Asiyanın yoxsul ölkələrində təhsil prosesinin müasir standartlara uyğun təşkili, silahlı münaqişə bölgələrində məktəblərə dəstək verilməsi, qızların təhsilə daha çox cəlb olunması diqqət mərkəzində olacaq. Eyni zamanda, üzv ölkələrin tədris müəssisələrinin texnoloji bazasının gücləndirilməsi üzrə layihələr həyata keçiriləcək.
Tehsil-press.az