BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sosial layihələri davam edir

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sosial layihələri davam edir Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə ötən aylar ərzində tələbələr arasında maarifləndirmə işinin aparılması, respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda və sərgilərdə istedadlı və yaradıcı gənclərin iştirakının təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
THİK-nin fəalları Vətən müharibəsi dövründə şəhidlik zirvəsinə ucalmış məzunların ailələrini və məzun olan qaziləri ziyarət edib, onlara maddi-mənəvi dəstək göstərib, Azərbaycan Ordusuna Yardım Fonduna 4000, Qarabağ Dirçəliş Fonduna 2500 manat ianə ediblər.
THİK tərəfindən sosial layihələr çərçivəsində müxtəlif mövzularda 100-dən çox onlayn tədbir, 6 müsabiqə, təlim və debatlar təşkil edilib. Əsasən 1-ci kurs tələbələrini əhatə edən maarifləndirici “Gənc intellektuallar məktəbi” layihəsi təşkil edilərək müxtəlif aktual mövzularda 10 videoçarx hazırlanıb.
Tələbə təşkilatı Ümumdünya Yer Günü ilə əlaqədar universitet binasının və tələbə yataqxanasının ətrafında ağacəkmə aksiyası keçirib. Tələbələrin iştirakı ilə keçirilən aksiyada 200-dən çox ağac əkilib.
İstedadlı və yaradıcı tələbələrin aşkara çıxarılması və onlara dəstək göstərilməsi istiqamətində “TEDx Club”, Gənc Rəssamlar Dərnəyi, “Genius Club”, “Sport Club”, “Book Club”, Qiraət Klubu, Teatr qrupu, Şahmat və dama klubu, Kino klubu kimi tələbə klubları fəaliyyətlərini genişləndirir.

Tehsil-press.az



Oxşar xəbərlər