
Bunu Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı deyib.
Birinci xanım Mehriban Əliyevanın instaqram hesabında paylaşdığı videoda çıxış edən dövlət başçısı Sovet dönəmində çəkilən, Kəlbəcərlə Laçını birləşdirən məşhur tuneldən də söz açıb:
"Bu da Sovet vaxtında inşa edilmiş məşhur tuneldir. 1958-ci ildə inşası başlayıb. Uzunluğu cəmi 200 metrdir. Bizim isə inşa edəcəyim tunellərin uzunluğu 5, 11 km-dir. Bu gün Azərbaycan buna qadirdir. Bu isə köhnədən qalan Kəlbəcərlə Laçını birləşdirən yeganə yoldur, artıq işıqlandırılıb. Ermənilər Kəlbəcərlə Laçını tərk edərkən, bu tuneli partlatmaq istədilər. Görün, bu adamlar nə qədər məkrli hisslərlə yaşayıblar. Amma alınmadı. Qaçaqaç idi, tələsirdilər".
Tehsil-press.az