Azərbaycan “Shanghai2022” bacarıq olimpiadasında təmsil olunacaq

Azərbaycan “Shanghai2022” bacarıq olimpiadasında təmsil olunacaq Azərbaycan gələn ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək “WorldSkills” hərəkatının ən ali tədbiri olan “Shanghai2022” bacarıq olimpiadasında iştirak edəcək.
Azərbaycan beynəlxalq yarışda üç bacarıq istiqaməti üzrə təmsil olunacaq.
Xatırladaq ki, dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır. Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub.

Tehsil-press.az


Oxşar xəbərlər