Tibb Universitetində rezidentlərin bacarıq imtahanları keçirilib

Tibb Universitetində rezidentlərin bacarıq imtahanları keçirilib Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin yekun attestasiya imtahanlarının 2-ci hissəsi – bacarıq imtahanları keçirilib.
ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, professor Rizvan Məmmədovun sözlərinə görə, rezidentlərin bacarıq imtahanları uğurla başa çatıb: “Birinci mərhələni yəni, 38 ixtisas üzrə keçirilən test imtahanını uğurla keçən rezidentlər ikinci mərhələyə buraxılıblar. İkinci mərhələdə 15 nəfər rezident imtahandan kəsilib. 21 nəfər müxtəlif səbəblərdən imtahanda iştirak etməyib”.
R.Məmmədov imtahan prosesi zamanı problemə rast gəlinmədiyini bildirib: “Bəzi fənlər üzrə sualların dəyişdirilməsi məsələsi müzakirə olundu. Xüsusilə də, bacarıq imtahanlarında bəzi ixtisaslar üzrə təkrar suallar vardı. Bu sualların dəyişdirilməsi gələn ilə planlaşdırılır”.
Qeyd edək ki, bu il 41 bazadan ümumilikdə 330 nəfər yekun attestasiyasına buraxılıb ki, onlardan da 127 nəfəri ATU-nun məzunlarıdır. Ümumilikdə rezidenturaya aid 38 ixtisas üzrə 375 nəfər yekun attestasiyadan keçib.

ATU Mətbuat Xidməti

Oxşar xəbərlər