
Bu barədə Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. O bildirib ki, aşağı siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün isə kostyumun qiyməti 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26–dan 54 ölçüyədək 8 manatdır.
“BTE bu il də şagirdləri məktəbli forması ilə təmin etmək üçün hazırdır. Əhalinin rahat alış-verişini təmin etmək üçün metronun “Koroğlu”, “20 Yanvar” və “Həzi Aslanov” stansiyalarının çıxışındakı “Bravo” supermarketlərində BTE-nin satış mərkəzləri fəaliyyət göstərir. Valideynlər, eyni zamanda, BTE-də və Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Məktəbli dünyası” mağazalarından məktəbli formalarını əldə edə bilərlər”, - deyə E.Əzimov qeyd edib.
Tehsil-press.az