Yeni MilliÖN terminalları istifadəyə veriləcək

Yeni MilliÖN terminalları istifadəyə veriləcək İstifadəçilərinə yüksək keyfiyyət standartlarına uyğun, təhlükəsiz xidmət göstərmək istiqamətində daima səy göstərən MilliÖN ödəniş sistemi daha bir yeniliklə istifadəçilərini sevindirdi.
Hazırda MilliÖN ödəniş şəbəkəsində 200-dən artıq şirkətin 400-dən artıq xidmət növü ödənişləri mövcuddur. MilliÖN ödəniş terminallarının sayı isə 4000-nə yaxındır.
MilliÖN terminallar şəbəkəsinin operatoru Komtec şirkəti tərəfindən verilən məlumata əsasən ödəniş terminalları paytaxtda və regionlarda əsasən alış-veriş və biznes mərkəzlərində, bank filiallarında, dövlət xidmət mərkəzlərində, piyada keçidlərində, metro stansiyalarında, supermarketlərdə, hava limanlarında, avtobus dayanacaqlarında yerləşdirilir.
Daima istifadəçilərin rahatlığını düşünən MilliÖN daha bir şad xəbərlə istifadəçilərini sevindirdi. Şirkət tərəfindən verilən məlumata əsasən qarşıdan gələn 30 gün ərzində yeni quraşdırılacaq terminallarla Ödəniş Nöqtələrinin sayı artırılacaq və vətəndaşlar üçün xidmət daha da əlçatan olacaq.
Qeyd edilən yeni terminallar əsasən əhalinin sıxlıq təşkil etdiyi və yeni terminallara tələbin olduğu Sumqayıt şəhərində və Bakının Yasamal və Binəqədi rayonlarında quraşdırılacaq. Azad edilmiş ərazilərdə də "MilliÖn" terminallarının quraşdırılmasına hazırlıq gedir.
Quraşdırılacaq terminallar vasitəsi ilə 400-dən artıq digər ödəniş növü ilə yanaşı Bakı ərazisində Bakı Kart, Sumqayıt şəhərində isə Sumqayıt Kart ödənişlərini də həyata keçirmək mümkün olacaq.
Şirkətin nümayəndəsi yeni quraşdırılacaq terminalların ödəniş prosesini daha da əlçatan edəcəyini və nəqliyyat xidmətinin sürətlə kart ödənişlərinə keçmə prosesi fonunda ödəniş məntəqələrinə artan ehtiyacı xeyli azaldacağını, sərnişinləri nəqliyyat kartı balansının doldurulması problemindən azad edəcəyini bildirdi.
Qeyd edək ki, 4000-nə yaxın ödəniş terminalı, veb sayt və mobil tətbiqi ilə xidmətinizdə olan olan “MilliÖN” ödəniş sisteminin daim yenilənən xidmətləri barədə ətraflı məlumatı www.million.az saytından, şirkətin eyni adlı sosial şəbəkələrindən və ya *0010 zəng mərkəzindən əldə edə bilərsiniz.

Tehsil-press.az

Oxşar xəbərlər