Tarix Muzeyində görkəmli bəstəkar Arif Məlikova məxsus not yazısı qorunur

Tarix Muzeyində görkəmli bəstəkar Arif Məlikova məxsus not yazısı qorunur AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli bəstəkar Arif Məlikova aid materiallar qorunur.
Görkəmli bəstəkar Arif Məlikovun yaradıcılığı özünəməxsusluğu ilə səciyyələnir. O, əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı böyük əsəri - “Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.
Muzeyin Sənədli mənbələrin elmi fond şöbəsində Arif Məlikova məxsus “Yürüş” əsərinin not yazısı, Fotoneqativ materialları fondunda isə fotoneqativ qorunur. Müəllif “Yürüş” əsərinin üz səhifəsinin aşağı hissəsində həmin not yazısını muzeyə bağışladığını qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər