Təlimdə BDU-nun prorektoru Universitetin son illərdə beynəlxalq reytinq sıralamalarında Cənubi Qafqazda birinci olduğunu diqqətə çatdırıb. Bu, tədrisin və elmi tədqiqatların keyfiyyətinin artırılması ilə birbaşa bağlı olan göstəricidir. Bildirib ki, BDU ölkənin əmək bazarı üçün ixtisaslı kadrların hazırlanması işini yüksək peşəkarlıqla həyata keçirir.
İxtisas seçimi zamanı belə məsələlərə diqqət etmək önəmlidir. BDU ailəsinin üzvünə çevrilmək istəyən gənclərə tədrisin, elmin, tədqiqatın və sosial həyatın hər bir sahəsində şərait yaradılır. Bununla bərabər, Universitetin maddi-texniki bazası da ildən-ilə inkişaf etdirilir, elmi-tədqiqat və tədris laboratoriyaları ən son texnologiyalarla təchiz olunur.
Sonda Fərda İmanov abituriyent və valideynlərin suallarını cavablandırıb.
Tehsil-press.az