Elçibəyin anasının ayaq barmaqları niyə kəsilmişdi? — Eks prezident haqda ŞOK FAKTLAR

Elçibəyin anasının ayaq barmaqları niyə kəsilmişdi?    —   Eks prezident haqda ŞOK FAKTLAR Müstəqil Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyatı haqqında maraqlı faktları təqdim edir:

Universitetin şərqşünaslıq fakültəsində İslam üzrə mühazirə oxumaq üçün Misirdən Bakıya qayıdanda Əbülfəz Əliyevdə artıq dəyişmişdi. Azərbaycanlı müəllimi kimi öz tələbələrinə rusca mühazirə oxumaq məcburiyyətində qalması ona xoş gəlmirdi. Buna görə də Azərbaycan dilini ölkənin məktəb və universitetlərində təlim vasitəsi kimi rus dilinin səviyyəsinə qaldırmaq təklifini irəli sürdü. Buna görə Kommunist Partiyasından çıxarıldı, vəzifəsindən azad edildi, antisovet təbliğatı və pantürkizm ittihamlarıyla məhkum edildi. Ona 18 aylıq ağır əmək cəzası verildi: gündəlik tapşırığı daş karxanasında 30 və 35 kiloqramlıq 900 kubiki maşına yükləmək oldu...

Tərcüməçi Natiq Səfərovun xanımı Zümrüd Səfərova xatirələrində nəql edir ki, Natiq bəylə Elçibəy çox yaxın dost olublar. Kələkiyə bəyin evinə qonaq gedəndə onun anası ilə tanış olublar. Elçibəyin anasının ayaq barmaqlarının olmaması diqqəti cəlb edib. Sonradan ana hər şeyə aydınlıq gətirir. Sən demə, 1905-ci ildə ermənilərdən qaçıb dağlarda gizləniblər, ailələrindən təkcə o xilas olub, neçə gün qar altında qalıb. Hər iki ayağının barmaqlarını o qədər don vurub ki, qadın həyatını qurtarmaq üçün baltanı götürüb barmaqlarını baltalayıb.

Daha ətraflı videoda:



Tehsil-press.az

Oxşar xəbərlər