“Yeni Nəsil 2.0” layihəsinin sahibkarları Beynəlxalq Arenada!

“Yeni Nəsil 2.0” layihəsinin sahibkarları Beynəlxalq Arenada! Azərbaycan Respublikası Gənclər və İdman Nazrliyi, “Coca Cola” Fondu, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesn İnkişafı Agentliyi və “Innoland” İnkubasiya Mərkəzinin tərəfdaşlığı və “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilən “Yeni Nəsil 2.0” (New Generation 2.0”) gənc sahibkarlara dəstək layihəsinin rezidentləri Özbəkistanda keçirilən Beynəlxalq iclasda iştirak edib.
20 sentyabr tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Türk Şurası Gənclər və İdman Nazirlərinin 5-ci iclası” baş tutub. İclasda Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov , Türkiyə Gənclər və İdman Naziri mehmet Muharrem Kasapoğlu, Qazaxıstan İnformasiya və Sosial İnkişaf Naziri Aida Balayeva, Özbəkistan Gənclər İşləri Agentliyi Direktoru Alişər Sadullayev, Qırğızıstan və Macarıstan nümayəndələri iştirak ediblər.
İclasın açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov salamlama nitqi ilə çıxış etmiş, Azərbaycan Respublikasının 44 gün davam edən şanlı mübarizəsi nəticəsində Qarabağın işğaldan azad edildiyini , 3000-ə yaxın əsgərin Şəhid olduğunu və onların əksəriyyətinin gənc olduğunu vurğulayıb.Həmçinin bu proses ərzində, bizə dəstək olduqları üçün Türkdilli dövlətlərə öz təşəkkürünü bildirib.
Tədbirin bir qürurverici məqamı da ondan ibarətdir ki, iclasda Azərbaycanın Gənc Sahibkarları da iştirak etmişdir. Belə ki, “Yeni Nəsil 2.0”-ın rezidentləri- Elmin İskəndərov, Rafael Surxalıyev və Fərid Süleyman da iclasda olublar. Elmin İskəndərov “Bonpini.az” , Rafael Surxalıyev “Magic Food Azerbaijan”, Fərid Süleyman isə “Hamsa Recycling” startpalarını təmsil ediblər. Əlavə olaraq da onlar üçün ayrılmış stendlərdə öz məhsul və xidmətlərini nümayiş etdirmiş, gələn qonaq və iştirakçılara məlumat vermişdir.
Tədbirin sonunda nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində “Çoxtərəfli Gənclər Mübadiləsi Proqramı”na dair əməkdaşlıq memorandumu imzalayıblar. Proqrama əsasən, gənclərlə işləyən mütəxəssislər arasında təcrübə mübadiləsi aparılacaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər