Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edib Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov fevralın 8-də Şirvan şəhərindəki Gənclər evində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinlərini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a bildiriblər ki, ümumilikdə 20-dən çox sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri və məşğulluqla bağlı olub.
Böyük hissəsi idman sahəsinə aid olan müraciətlər fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqla təmin edilməsi, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələləri əhatə edib.
Gənclər sahəsində müraciətlər isə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay-qış istirahət düşərgələrinin sayının artırılması, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi və fəaliyyəti ilə bağlı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər