Hüseyn Cavidin anadan olmasının 139-cu ildönümünə həsr edilmiş tədbir

Hüseyn Cavidin anadan olmasının 139-cu ildönümünə həsr edilmiş tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 139-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük şair Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb. Vurğulanıb ki, Cavidin əbədiyaşar söz sənəti daim insan mənəviyyatının zənginləşməsinə xidmət edib. Onun nəsillərə örnək olan bənzərsiz yaradıcılığı zaman keçdikcə daha çox aktuallıq kəsb edir. Şairin lirik və dramaturji irsinə müraciət olunması, əsərlərinin dünya dillərinə tərcümə edilməsi və ölkəmizdən kənarda da tədqiqi bunun bariz nümunəsidir.
G.Babaxanlı şairin irsinin nəşri və tədqiqi, əsərlərindəki humanizm və demokratizm ideyalarının təbliği, xatirəsinin əbədiləşdirilməsi sahəsində reallaşdırılan tədbirlərdən bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər