Hüseyn Cavidin ev-muzeyində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Hüseyn Cavidin ev-muzeyində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb Hüseyn Cavidin ev-muzeyində ulu öndər Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Videokonfrans formatında keçirilən tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olduğunu, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, ev-muzeylərinin açılması, əsərlərinin nəşri, tədqiqi, təbliği üçün son dərəcə böyük işlər gördüyünü vurğulayıb.
G.Babaxanlı qeyd edib ki, Ulu Öndərin sevə-sevə qayğı göstərdiyi Azərbaycan klassikləri içərisində dahi şair və dramaturq Hüseyn Cavidin də müstəsna yeri var. Təkcə onu qeyd etmək kifayətdir ki, şairin nəşi məhz Ulu Öndərin səyi nəticəsində uzaq Sibirdən Azərbaycana – öz doğma Vətəninə gətirilib. Adının əbədiləşdirilməsi istiqamətində də ilk və qəti addımlar onun Azərbaycana rəhbərlik etdiyi illərdə atılıb. Belə ki, H.Cavidin Bakıda və Naxçıvanda ev-muzeyləri yaradılıb, Naxçıvandakı məzarı üzərində məqbərəsi ucaldılıb. 1995-ci ilin iyununda ədibin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki çıxışında H.Cavidin irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi təhlil edərkən dahi rəhbər Heydər Əliyev sənətkarın mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir dahi şəxsiyyət olduğunu xüsusilə vurğulayıb.
Alim diqqətə çatdırıb ki, Heydər Əliyev tarixdə öz izini qoymuş, hər kəlməsi bir aforizmə çevrilmiş şəxsiyyətlərdəndir. Onun siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Dekabrın 10-da keçirilən Zəfər paradı buna daha bir bariz nümunədir.
Qeyd edək ki, tədbir münasibətilə muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi onlayn rejimdə cavidsevərlərə təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər