
Tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bəstəkar Ərtoğrul Cavidin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirilib ki, 24 illik qısa ömür yaşamış Ə.Cavid Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsini bitirib.
Sonra isə Ə.Cavidin konservatoriyada dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində təhsil aldığını qeyd edən direktor onun romanslar, mahnılar, simfonik parçalar bəstələdiyini, “Məhsəti” operasını yazmağa başladığını söyləyib. Qeyd edilib ki, Ə.Cavid həm də bacarıqlı rəssam və folklorşünas olub.
Muzeydə, həmçinin Ərtoğrul Cavidin zəngin irsini əks etdirən kitab, müxtəlif sənəd və fotolardan ibarət sərgi təşkil olunub.
Tehsil-press.az