Təhsil Nazirliyi: Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında medal qazanıblar

Təhsil Nazirliyi: Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında medal qazanıblar Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadası keçirilib.
19 ölkədən şagirdlərin qatıldığı olimpiadada Azərbaycanı təmsil edən məktəblilər uğurlu nəticə göstərərək 4 medal qazanıblar. Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin XI sinif şagirdi Fəxriyyə Məmmədova və akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Eşqin Alıyev gümüş, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Rüfət Məmmədov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramin Qasımlı bürünc medal qazanıblar.

Tehsil-press.az



Oxşar xəbərlər