“44 günlük Zəfər salnaməsi” esse müsabiqəsinin nəticələri açıqlanıb

“44 günlük Zəfər salnaməsi” esse müsabiqəsinin nəticələri açıqlanıb Bakı Dövlət Universitetinin (BDU) tələbələri arasında 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqəyə Azərbaycan, rus və ingilis dillərində 106 esse təqdim edilib. BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi Rəşad İmanov birinci, Filologiya fakültəsinin IV kurs tələbəsi Vüsalə Əhmədova ikinci, Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Elvin Babanlı isə üçüncü yerə layiq görülüb.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak ediblər. Təqdim olunan esselər Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib. Qaliblərə diplom və pul mükafatı veriləcək. Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər