Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Rəşad Əhmədov “Azərbaycan naminə” esse yazı müsabiqəsinin qalibi olub.
R.Əhmədov “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Aprel döyüşlərinin 4-cü ildönümünə həsr olunan və ölkənin on universiteti arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.
Bundan başqa, BANM-in informasiya təhlükəsizliyi ixtisası üzrə ikinci kurs tələbəsi Xəyal Fərzəliyev isə müsabiqədə həvəsləndirici mükafata sahib olub.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə 323, BANM-in tələbələri tərəfindən isə 21 esse təqdim olunub. Müsabiqə “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Mənəvi dəyərlərimiz” və “Azərbaycançılıq məfkurəsi” mövzularını əhatə edib.
Rəşad Əhmədovun “Vətənpərvərlik və şəhidlik zirvəsi” mövzusundakı esse yazısı ilə qeyd olunan linkdə http://zefer.az/view/news/269/azerbaycan-namine-esse-musabiqesinin-qalibi-i-yer tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər