“Ulu Öndər xatirələrdə” mövzusunda onlayn müsabiqə başa çatıb

“Ulu Öndər xatirələrdə” mövzusunda onlayn müsabiqə başa çatıb Bakı Dövlət Universitetinin (BDU) aprelin 16-da elan etdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu Öndər xatirələrdə” adlı onlayn müsabiqə başa çatıb.
Müsabiqədə universitetin 30-dan çox əməkdaşı iştirak edib. Təqdim olunmuş xatirə Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib. Müsabiqə komissiyasının qərarı ilə Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Heydər Əliyev irsi və elmin, təhsilin inkişafı” məqaləsi birinci yerə, Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının professoru, pedaqoji elmlər doktoru Nübar Muxtarovanın “Mənim həyatımda şərəfli yer tutan - ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev” məqaləsi ikinci yerə, Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirovanın “Yada düşər xatirələr...” məqaləsi üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, qalib gəlmiş müəlliflər diplomla təltif ediləcək, məqalələri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər