BDU-da “QİÇS-ə yoluxmuş şəxslərin əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda tədbir

BDU-da “QİÇS-ə yoluxmuş şəxslərin əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda tədbir Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru “Ümumdünya QİÇS-lə mübarizə günü - QİÇS-ə yoluxmuş şəxslərin əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda tədbir keçirib.
Tədbirdə sektorun əməkdaşı İlkin Şərifov QİÇS-in ümumbəşəri problem olduğunu və hər bir cəmiyyət nümayəndəsinin buna qarşı mübarizə aparmasının vacibliyini qeyd edib. O, QİÇS və müxtəlif yoluxucu xəstəliklərə, həmçinin dünyanı bürüməkdə olan COVID-19 virusuna qarşı mübarizənin yalnız maarifləndirmə ilə aparıla biləcəyini vurğulayıb. İ.Şərifov BDU-da bu istiqamətdə maarifləndirmə tədbirlərinin mütəmadi həyata keçirildiyini bildirib. Qeyd edilib ki, ölkəmizdə QİÇS-in, COVID-19 virusunun və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər görülür.
Tədbirdə çıxış edən infeksionist həkim Ləman Qalimova QİÇS xəstəliyinin tarixi və ona qarşı mübarizə üsulları haqqında geniş mühazirə ilə çıxış edib.
BDU-nun Hüquq fakültəsinin müəllimi Yavər Məmmədova beynəlxalq aləmdə və ölkəmizdə QİÇS xəstəliyinə yoluxan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi, bu sahədə qanunvericilik prosesi haqqında məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər