BDU-da psixologiya ilə bağlı təlim

BDU-da psixologiya ilə bağlı təlim Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Könüllülər Təşkilatı onlayn psixoloji təlim keçirib. Tədbir psixologiya ilə bağlı bir sıra məsələlərin müzakirəsinə həsr olunub.
Təlimdə Filologiya fakültəsinin tələbələri Fatimə Şirinova, Əsmər Əlizadə, Qönçə Balayeva, Fatimə Nağızadənin mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda fakültə üzrə Könüllülər Təşkilatının sədri Aysun Məmmədova fikirlərini bölüşüb.
Tədbirdə mövzuya dair film göstərilib, tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər