Xəzər Universitetində Azərbaycan VI Beynəlxalq psixologiya konfransı işə başlayıb

Xəzər Universitetində Azərbaycan VI Beynəlxalq psixologiya konfransı işə başlayıb Aprelin 20-də Xəzər Universitetində bu ali məktəbin Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan VI Beynəlxalq psixologiya konfransı işə başlayıb.
Konfransda Türkiyə və Azərbaycanın müxtəlif təhsil və elm mərkəzlərinin alimləri və mütəxəssisləri iştirak edirlər.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı ənənəvi olaraq hər il keçirilən konfransın əhəmiyyətindən danışıb və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb.
Universitetin rektoru, dosent İradə Xəlilova mövzu ilə bağlı fikirlərini bölüşüb və konfransın işinə uğurlar arzulayıb.
Aprelin 21-dək davam edəcək konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.

Mətbuat Xidməti



Oxşar xəbərlər