Qars Qafqaz Universitetinin professoru Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün onlayn vebinar təşkil edib

Qars Qafqaz Universitetinin professoru Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün onlayn vebinar təşkil edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları və tələbələri Qars Qafqaz Universitetinin professoru Hacali Nǝcǝfoğlunun təqdimatında onlayn vebinarda iştirak ediblər.
Vebinar “Həndəsi naxışlar olaraq islami isimlər və müqəddəs ifadələr” mövzusunda keçirilib.
H.Nəcəfoğlu İslam tarixi boyu mədəniyyətin və incəsənətin inkişafından, dövrümüzə gəlib çatan abidələrdə islami isimlər və müqəddəs izlər barədə araşdırmasından danışıb. Professor dünyanın müxtəlif ölkələrində yerləşən abidələrdən nümunələr göstərərək, həndəsi naxışların islami yöndən izahını verib.
İslamda həndəsi naxışların hansı formada olmasını, hər fiqurun izahını açıq şəkildə şərh edən professor dünyanın müxtəlif ölkələrinin – Azərbaycan, Türkiyə, İran, Hindistan, Suriya və qədim Azərbaycan yurdu İrəvan torpaqlarında olan abidələrindən fotolarla nümunələr göstərib.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər