
Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov professor Hacalı Nəcəfoğlunun elmi fəaliyyəti haqqında məlumat verib.
Professor H.Nəcəfoğlu “Türkün qan yaddaşı: kristallar və naxışlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə kristalların quruluşu, sənətkarlıq və memarlıqda istifadəsi, naxış və maddənin quruluşu arasındakı əlaqədən bəhs olunub.
Görüşdə Kimya fakültəsinin dekan müavinləri Fuad Kərimli, Taleh Qəhrəmanov, professorlar Teymur İlyaslı, Oqtay Əkbərov, İbrahim Məmmədov, Elçin Əkbərov, Rasim Alosmanov və Famil Çıraqov iştirak ediblər.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az