İlahiyyat İnstitutunda “Səmavi dinlərdə ailə və qadın” mövzusunda vebinar təşkil olunub

İlahiyyat İnstitutunda “Səmavi dinlərdə ailə və qadın” mövzusunda vebinar təşkil olunub Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” mövzusunda vebinar təşkil olunub.
Vebinarda TEC-in sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı cəmiyyətin fəaliyyəti barədə məlumat verib. O, mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşünün, intellektual səviyyələrinin artırılması, araşdırma aparmaları istiqamətində vebinarların davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb.
Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Səmavi dinlərdə ailə və qadın” haqqında danışıb. İlahiyyat fakültəsinin tələbələri Gülhanə Rüstəmova “İslamda qadın”, Mehrab Dəmirzadə “Həzrət Peyğəmbərin hədislərində qadın”, Sevil Hüseynova “İslam və Yəhudilikdə qadın”, Orxan Abışlı “Qurani-Kərim”in qadına baxışı” mövzularında çıxış ediblər.
Tələbələr çıxışlarında İslamda qadın hüquqlarından, “Qurani-Kərim”də qadınlarla bağlı nazil olan ayələrdən, İslamın qadına verdiyi dəyərdən ətraflı danışıblar. Qadınların elm öyrənmələri, təhsil almaları barədə məsələlərə hədislərdən nümunələr gətirərək, günümüzdə onların cəmiyyətdə rolunu yüksək qiymətləndiriblər.
“Zoom” platforması üzərindən təşkil olunan vebinar müzakirələrlə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər