ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin: 30 illik dostluq və əməkdaşlıq” mövzusunda inşa müsabiqəsi elan edib

ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin: 30 illik dostluq və əməkdaşlıq” mövzusunda inşa müsabiqəsi elan edib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Azərbaycan və Çin: 30 illik dostluq və əməkdaşlıq” mövzusunda inşa müsabiqəsinə dəvət edir. Müsabiqə Azərbaycan-Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.
Müsabiqəyə Azərbaycan, Çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. İnşalar ədəbi-bədii məzmununa və orijinallığına əsasən qiymətləndiriləcək. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.
Müsabiqə iştirakçılarının işləri mart ayının 1-dək [email protected] elektron poçt ünvanında qəbul edilir.
Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək, Azərbaycanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixinə marağı dəstəkləməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər