ADU-nun Konfutsi İnstitutunun onlayn xəttatlıq müsabiqəsinə işlərin qəbulu davam edir

ADU-nun Konfutsi İnstitutunun onlayn xəttatlıq müsabiqəsinə işlərin qəbulu davam edir Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun onlayn xəttatlıq müsabiqəsinə işlərin qəbulu davam edir.
Müsabiqədə iştirak etmək üçün çenyu - dostluq və qarşılıqlı yardıma həsr edilmiş Çin atalar sözlərindən birini seçmək və onları qələm və ya fırçayla yazmaq lazımdır. Sonra xəttatlıq işinin şəklini çəkib və ya skan edib, müəllifin təhsil yeri, adı və soyadını göstərərək ADU Konfutsi İnstitutunun elektron ünvanına ([email protected]) göndərmək lazımdır.
İşlər mayın 1-dək qəbul ediləcək. Ən yaxşı xəttatlıq işləri diplom və hədiyyələrlə təltif olunacaq.
Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə əlaqədar ADU ölkəmizdə xüsusi karantin rejimini nəzərə alaraq, bütün fəaliyyətini onlayn təşkil edib.

Tehsil-press.az

Oxşar xəbərlər