Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində

Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində
Azərbaycan Dövlət Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Xəzər Universiteti - Sumqayıt Dünya Məktəbində keçirilən "Elm şənliyi" sərgisində iştirak edib.
Sərgi şagirdlərin elmi potensialı və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə təşkil olunub. Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayevanın rəhbərliyi ilə Sumqayıt Dünya Məktəbində fəaliyyət göstərən Çin dili kurslarının şagirdləri Çin dili və mədəniyyətini nümayiş etdiriblər.
Sərgidə iştirak edən Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı və başqaları ənənəvi Çin çaydəmləmə mərasimini izləyərək Çin çayını dadıblar. Sonda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Prezident İlham Əliyevin Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətlərinin, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı tədbir iştirakçılarına hədiyyə olunub.

[right]ADU-nun Mətbuat Xidməti
[/right]

Oxşar xəbərlər