ADU-nun Konfutsi İnstitutu Çin mədəniyyəti müsabiqəsi keçirib

ADU-nun Konfutsi İnstitutu Çin mədəniyyəti müsabiqəsi keçirib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi "Duan-u" bayramına həsr olunmuş növbəti Çin mədəniyyəti müsabiqəsi keçirib.
Konfutsi İnstitutunun Çin müəllimləri tərəfindən təşkil olunan müsabiqədə 100-dən çox azərbaycanlı tələbə və məktəbli iştirak edib. Ən yaxşı on iştirakçıya qiymətli hədiyyələr verilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, institut Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycanın Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edilir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq çərçivəsində Çinin ənənəvi bayramları qeyd olunur. R.Abbasov, həmçinin qeyd edib ki, institutda “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması, eləcə də ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Prezident İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarları keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər