Əcnəbi tələbələr 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıblar

Əcnəbi tələbələr 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıblar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birinci kursunda oxuyan əcnəbi tələbələr Şəhidlər xiyabanını ziyarət ediblər.
Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə reallaşan ziyarətdə müxtəlif ölkələrdən olan gənclər iştirak ediblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən paytaxtda, eləcə də bölgələrdə qətlə yetirilən əliyalın insanların uyuduğu xiyabanda əcnəbi tələbələr şəhidlərin məzarlarına tər qərənfillər düzüb, onların xatirəsini ehtiramla anıblar.

Tehsil-press.az

Oxşar xəbərlər