AzMİU-nun tələbələri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər

AzMİU-nun tələbələri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup tələbəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən tarixi Qələbəmiz münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədovanın təşəbbüsü ilə gerçəkləşən tədbirdə kafedranın müəllimi Əfsanə Həziyeva tələbələrə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və Ordumuzun gücü, qüdrəti hesabına qazanılan böyük Qələbəmizdən danışıb.
Sonra tələbələr ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Tehsil-press.az

Oxşar xəbərlər