Memarlıq və İnşaat Universitetində əcnəbi tələbələrin sayı artır

Memarlıq və İnşaat Universitetində əcnəbi tələbələrin sayı artır 2020-2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) ali təhsilin bakalavriat və magistratura səviyyələrinə əcnəbi tələbələrin qəbulu həyata keçirilib. Həm ödənişli əsaslarla, həm də Təhsil Nazirliyinin göndərişi əsasında müvafiq qrantlar çərçivəsində ümumilikdə 55 əcnəbi vətəndaş bu ali məktəbi seçib.
AzMİU-nu seçən əcnəbilərin böyük əksəriyyəti həmişə olduğu kimi Türkiyədəndir, eyni zamanda, onların arasında MDB ölkələrindən olanlar da var. Qəbul olan 55 nəfərdən 2-si magistraturaya daxil olub.
Proses bu ayın sonuna kimi davam edəcək. Əcnəbi vətəndaşlar qəbul üçün hər gün dekanlığa müraciət edirlər. Tədris prosesinə gəlincə pandemiya ilə əlaqədar əcnəbi tələbələr də dərslərə onlayn şəkildə qoşulacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər