Gürcüstan ilə Türkiyə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Gürcüstan ilə Türkiyə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan ilə görüşüb.
Bu barədə Gürcüstanın Hökumət Administrasiyası məlumat yayıb.
Görüşdə Gürcüstan ilə Türkiyə arasında münasibətlərin inkişaf perspektivləri, ikitərəfli və regional əməkdaşlıq, bölgənin təhlükəsizliyi məsələləri müzakirə olunub. Söhbət zamanı Türkiyə bazarının açılması və Gürcüstanda dərman preparatlarının qiymətlərini xeyli aşağı salacaq yüksək keyfiyyətli GMP standartlı dərmanların ölkəyə gətirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası, Gürcüstan ilə Türkiyə arasında Azad Ticarət Sazişinin həyata keçirilməsi istiqamətində atılacaq addımlar da müzakirə edilib.
Tərəflər, eyni zamanda, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər