Təhsil naziri Ceyhun Bayramov Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə Azərbaycan-Türkiyə təhsil əlaqələrinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Türkiyə təqaüdləri” çərçivəsində bu ölkədə oxuyan Azərbaycan vətəndaşlarının təhsili ilə bağlı məsələlər müzakirə edilib.
Mətbuat Xidməti











