BDU aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda

BDU aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə “Results in Mathematics” (https://www.springer.com/journal/25) yüksək impakt faktorlu Q2 kateqoriyalı jurnalda yer alıb.
“Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kommutatorların BMO fəzalarında xarakterizasiyası” adlı məqalədə maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb. Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://link.springer.com/article/10.1007/s00025-021-01578-0

Tehsil-press.az

Oxşar xəbərlər