Bakı Dövlət Universiteti aliminin məqaləsi impakt faktorlu jurnalda dərc edilib
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, professor Vaqif Quliyevin məqaləsi impakt faktorlu jurnalda (“Journal of Pseudo-Differential Operators and Applications”) dərc edilib.
“Dunkl operatorunun doğurduğu kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzasında xarakteristikası” sərlövhəli məqalənin dərc edildiyi jurnalın impakt faktoru 0.532-dir. Jurnal “Clarivate Analytics” beynəlxalq elmmetrik bazasında referatlaşıb.
Tehsil-press.az
- Baxış: 4356
Xəbərin tarixi: 12.11.2020 / 09:32
-
Oxşar xəbərlər